İnsanın şərafəti öz qabiliyyətinə görədir, nəslinə görə deyildir. Ağıllı övladın nəslə ehtiyacı yoxdur, naxələf övlad isə nəslin adını batırır.
•A.Bakıxanov
...deyilir , əgər suda boğulursansa, çabalamaq yox, sadəcə, gedib suyun dibinə çatmaq lazımdır ki, ayaqlarınla itələyib geri çıxa biləsən, suyun üzünə yalnız bu cür çıxmaq mümkündür
Bəzən söylənilməsi vacib olan sözləri tapmaq çox çətin olur və lazım olan sözlər ağlına gəlsə də, onları deməyə çəkinirsən. Bu sözlərin hamısı ötən əsrlərdən qalıb. Bizim əsrimiz hələ öz hisslərinin tam ifadəsi üçün bütün sözləri tapmayıb.
Onu sevməyə çalış, səni ona nifrət eləməyə təhrik edən qısqanclığın qəlbinə yol tapmasına izin vermə. Heç kim heç kimə məxsus deyil bu həyatda. Onu xoşbəxt et. Əgər bunu bacarsan o, həmişə səninlə olacaq
Nəsə sizə yaxşı hisslər bəxş edirsə və onun doğru olub-olmaması sizi maraqlandırmırsa, bu, cibiniz dolu olarkən pulun haradan gəldiyi ilə maraqlanmamaq qədər pisdir
Kitablar bizim ocaqlarımızdakı od kimidirlər: biz onları kimdənsə götürür, ocağımızı qalayır, sonra başqalarına ötürürük. Nəticədə onlar hamının malına çevrilir